Dünya 15:58 27.09.2022

Qətər Dünya Çempionatının keçirilməsinə nə qədər xərcləyib?

Futbol üzrə Dünya Çempionatının Qətərdə keçirilməsi üçün ev sahibi 208 milyard avro xərcləyib. 
 
Bu barədə Qaynarinfo "The Sun”a istinadən xəbər verir

Turnirin kommunikasiya direktoru Fatma Əl Nuaimi bu rəqəmin haradan yarandığını açıqlayıb. 

"Dünya Kuboku Qətərin 2030-cu ilədək Milli Baxış proqramının bir hissəsidir, təhsil və səhiyyə sistemləri ilə yanaşı, şəhərlərin, milli obyektlərin və sənayenin intensiv inkişafına kömək edən daha geniş hökumət strategiyasıdır. Dünya Kuboku ilə tez-tez əlaqələndirilən 208 milyard avro məbləği əslində Qətər üçün bu iddialı milli inkişaf və modernləşmə strategiyasının bir hissəsidir. Yeni yollar, metro, hava limanı, otellər və digər turizm obyektləri kimi komandaların və azarkeşlərin 2022-ci ildə faydalanacağı bu nəhəng infrastruktur layihələrinin əksəriyyəti hələ biz Dünya Kubokuna ev sahibliyi etmək hüququ əldə etməmişdən əvvəl planlaşdırılıb”, - Əl Nuaimi bildirib.

Stadionlara, komanda bazalarına və azarkeş yerlərinə cəmi 6,75 milyard avro xərcləndiyi bildirilir. Qətər turnir üçün yeddi yeni müasir arena tikib, həmçinin köhnə Xəlifə Beynəlxalq Stadionunu modernləşdirib. 

Qeyd edilir ki, əvvəlki Dünya Çempionatı Rusiyaya 13,2 milyard avroya başa gəlmişdi.

Nizami Bağırov