Xəbər lenti

Qətərdə yaşayan soydaşlarımızdan erməni təxribatlarına etiraz (FOTO/VİDEO)
Siyasət06:55 18.07.2020

Qətərdə yaşayan soydaşlarımızdan erməni təxribatlarına etiraz (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
17 iyul 2020-ci il tarixində Qətərdə yaşayan soydaşlarımız Ermənistanın təxribatçı əməllərinə etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə Doha şəhərində yürüş təşkil ediblər.
Qaynarinfo xəbər verir ki, əllərində Azərbaycan bayraqları, eləcə də "Orduya dəstək!”, "Karabakh is Azerbaijan!” plakatları daşıyan soydaşlarımız, Ermənistanın təcavüzkar siyasətinə etirazlarını bildiriblər. 
Soydaşlarımız paytaxt Dohanın bulvarı boyunca piyada şəkildə, həmçinin üzərində Azərbaycan bayraqları dalğalanan nəqliyyat vasitələri ilə yürüş ediblər. Aksiyanın sonunda Qətərdə yaşayan azərbaycanlılar vətənə sədaqət və bağlılıqlarını bir daha ifadə ediblər, Ermənistanın təcavüzkar siyasətini nifrətlə qınayıblar.
Qətərdə yaşayan soydaşlarımız Azərbaycan Ordusuna dəstək məqsədilə  yürüş təşkil ediblər.