Qeyri-neft sektoru üzrə ixracda may ayında birinci yeri pomidor tutdu
2026-cı ilin may ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac edilən mallar arasında pomidor ilk sırada yer alıb.
Qaynarifo xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyun sayında bildirilir.
Hesabat ayı ərzində pomidor ixracının dəyəri 44,6 milyon ABŞ dolları təşkil edib. Siyahıda 36,5 milyon ABŞ dolları ilə qızıl ikinci, 26,6 milyon ABŞ dolları ilə çiyələk isə üçüncü yerdə qərarlaşıb.
Beləliklə, may ayında qeyri-neft sektoru üzrə ixracın əsas hissəsini pomidor, qızıl və çiyələk təşkil edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər