Xəbər lenti

Qəzalı binalara kim cavabdehlik daşıyır? - Ekspert
Ekonomiks09:42 28.07.2023

Qəzalı binalara kim cavabdehlik daşıyır? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda Bakı şəhərində çox sayda qəzalı binalar var. Onlardan bir çoxunun uçma ehtimalı yüksəkdir. Maraqlıdır, bu binalar uçsa, kim cavabdehlik daşıyacaq? Sakinlərin köçürülməsi necə olacaq? 
Suallarımızı əmlak məsələləri üzrə ekspert Nüsrət  İbrahimova ünvanladıq.
Qaynarinfo-ya danışan mütəxəssis məsələnin qanuni tərəfini belə izah etdi:
"Sovet dönəmində bütün daşınmaz əmlaklar, yaşayış və qeyri-yaşayış evlərinin hamısı dövlət mülkiyyəti idi. Onların istismarına, texniki  vəziyyətinə dövlət məsuliyyət daşıyırdı. 1993-cü ildə  özəlləşmə ilə bağlı qanun çıxdıqdan sonra yaşayış evlərinin hamısı özəlləşməyə verildi. Bu gün  mənzillərin böyük bir hissəsi özəlləşdirilib. Qanunda  da belə bir maddə var ki, əgər yaşayış binasında bütün mənzillər özəlləşdirilibsə, artıq həmin binada yaşayan mülkiyyətçilər binanı birgə idarəetməyə götürməlidirlər. Yəni dövlət məsuliyyəti atır mülkiyyətçilərin üzərinə. Əgər bina idarəetməyə götürüblərsə, və ya götürməyiblərsə məsuliyyət birbaşa mülkiyyətçilərin üzərindədir. Bu məsələnin hüquqi tərəfidir".
N. İbrahimov onu da qeyd edib ki, yerli bələdiyyələr və icra hakimiyyətləri də məsələyə müdaxilə etməlidirlər: 
"Mənəvi cəhəttən, təbii ki, o binalarda idarəetmənin təşkilinə nəzarəti yerli icra hakimiyyəti və ərazi üzrə bələdiyyə etməlidir. Qanunda belə bir  maddə var ki, əgər 6 ay ərzində həmin o  mülkiyyətçilər binanı idarəetməyə götürmürlərsə, yerli qurumlar, xüsüsən də bələdiyyə müdaxilə etməlidir və idarəetməni özü təşkil etməlidir. Bu, belə ikibaşlı bir problemdir. Vətəndaşların bir  hissəsi bu qanunu bilmir, bəziləri isə bilir, amma səhlənkar yanaşır, başını ağrıtmaq istəmir. Amma yerli bələdiyyələr və icra hakimiyyətləri bu işdə aktiv olmalıdırlar. Bu gün idarəetməyə götürülən binalar var, amma təəssüf ki, sayları çox azdır". 
Röya Kərimli