Xəbər lenti

Qəzaya düşən Nigar Camaldan xəbər var
Ölkə06:05 16.07.2015

Qəzaya düşən Nigar Camaldan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün avtomobil qəzası ilə gündəmə gələn müğənni Nigar Camal barədə xəbər var. Milli.az xəbər verir ki, ötən gün Bakı-Quba yolunda rəfiqələri ilə avtomobil qəzasına düşən "Eurovision" təmsilçimizin videogörüntüləri yayılmışdı. 
Görüntülərdə müğənni avtomobildə səslənən musiqi sədaları altında rəqs edərkən qəfildən qəzaya düşür. Hadisə isə anbaan lentə alınıb. Ötən gündən nə rəfiqələrindən, nə də özündən xəbər verməyən Nigarın bu gün rəfiqəsi açıqlama verib. Sükan arxasında oturan başıbağlı xanım onu hicablı olduğuna rəğmən ritmik mahnılara qulaq asmaqda ittiham edən şəxslərə cavab verib və qəza barədə danışıb. 
Şəms adlı xanım bildirib ki, qarşıdakı avtomobil ilə ara məsafəsini düzgün saxlamadığına görə qəza qaçılmaz olub. "Qarşıdakı maşın qəfildən əyləci basdı, mən isə cəld tərpənib avtomobilimi toqquşmadan qurtardım. Amma buna baxmayaraq idarəetməni itirərək qəzaya düşdük. Avtomobil yox vəziyyətdədir".
Nigar
Nigar
Nigar
Nigar
Qaynar.info