Xəbər lenti

Qəzənfər Abbasov: “Avaz-3-ün münsiflər heyəti rəngarəngdir”
Sənət12:55 04.02.2022

Qəzənfər Abbasov: “Avaz-3-ün münsiflər heyəti rəngarəngdir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Uşaqlarda xalq musiqisinə maraq, həvəs daha çoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında münsiflər heyətinin üzvü, Əməkdar müəllim Qəzənfər Abbasov Avaz-3 televiziya uşaq muğam müsabiqəsindən danışarkən deyib.
Onun fikrincə, gələcək nəsillərdə Azərbaycan xalq musiqisinə meyil daha çox olacaq:
"Çünki buna müsabiqələrin böyük təsiri var. Müsabiqəyə qatılmaq istəyənlərin sayı çoxdur. 20 nəfər qəbul eləmişik. Layihənin rəhbəri Zərifə Tapdıqqızıdır. Seçimlərdə mən, Kamilə Abdullayeva, Sabir Abdullayev, Gülüstan Əliyeva və s. kimi xanəndələr iştirak edib. Müsabiqənin əsas məqsədi gənclərdə, uşaqlar arasında muğam sənətinə diqqəti artırmaqdır. İstəyirik ki, muğam gənc nəsil arasında təbliğ ölunsun. Bu da olacaq. Gördüyünüz kimi, münsiflər heyəti də rəngarəngdir - Şeyx Əbdül Mahmudbəyov, Gülüstan Əliyeva, Sabir Abdullayev, mən və başqaları əlimizdən gələni edəcəyik”.
Qəzənfər Abdullayev müsabiqəyə qatılan uşaqların mərhum sənətkar Vahid Abdullayevin xanımı Kamilə Abdullayevanın rəhbərliyi altında hazırlaşdıqlarını vurğulayıb:
"Müsabiqəyə kiçik yaşlı uşaqlar qatılıb ki, onların arasında çox istedadlılar var. Sonda yekun konsert də olacaq. Muğam bizim qan yaddaşımızdır. Körpə uşağa kim deyər ki, sən gəl muğamat oxu? Bu onun qanında var, ailədən gələn bir sənətdir”.
Bahar Rüstəmli