Xəbər lenti

Qəzza bölgəsindəki azərbaycanlılar təxliyə edilib
Ölkə15:36 18.07.2014

Qəzza bölgəsindəki azərbaycanlılar təxliyə edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qəzza bölgəsində yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın Misirdəki səfirliyinin səyləri ilə bu bölgədən 11 Azərbaycan vətəndaşı təxliyə edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təxliyə prosesi Xarici İşlər Nazirliyi ilə əlaqələndirilmiş şəkildə həyata keçirilib.

Təxliyə edilmiş vətəndaşlar hal-hazırda Azərbaycandadır.

Qaynar.info