Xəbər lenti

Qəzzada üç girov azad edildi
Dünya 14:52 15.02.2025

Qəzzada üç girov azad edildi

HƏMAS tərəfindən Qəzza zolağında saxlanılan üç girov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil verilib.

"Report” xəbər verir ki, hazırda azad edilmiş şəxslərin olduğu BQXK avtomobilləri Qəzza zolağının cənubundakı Xan-Yunis şəhərini tərk edərək İsrail hərbçilərinin yerləşdiyi məntəqələrə doğru hərəkət edir.

İsrail Ordusu da Qəzzada azad edilən girovların BQXK-ya təhvil verildiyini və İsrail hərbçilərinə doğru yollandığını təsdiqləyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->