Xəbər lenti

“Qırımızı Xaç”ın sağ gördüyü şəxslərin həyatı təhlükədə deyil – Hərbi-ekspert
Siyasət09:17 07.12.2020

“Qırımızı Xaç”ın sağ gördüyü şəxslərin həyatı təhlükədə deyil – Hərbi-ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əsirlərin dəyişdirilməsi və vətənə qaytarılması ilə bağlı proses bir az vaxt aparacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O artıq bu prosesin başladığını vurğulayıb:
 
"Amma burada bir prinsip var: hamının-hamıya razılaşdırılması. Onlar iddia edir ki, bizdə 504 nəfərdir, amma reallıqda bu rəqəm 50-dir. Parçalanan, tapılmayan, döyüş meydanında qalıb heyvanların yediyi cəsədlər var. Yaxud da elə bir güclü zərbəyə tuş gəlib ki, heç nə qalmayıb, ələ gəlmir, yanıb külə dönüb. Bunların hamısının dəqiqləşdirilməsi vaxt aparan proseslərdir". 
Ədalət Verdiyev bildirib ki, Dilqəm Əsgərov və Şahbaz Quluyevlə bağlı bir az fərqli tələblərimiz var:
"Amma Ermənistan tərəfi onları da bizə qaytarmağa meyilldir. Düşünürəm ki, Yeni ilə kimi bu proses də başa çatacaq. Qırmızı Xaç Cəmiyyətinin sağ gördüyü şəxslərin həyatı təhlükədə deyil”.
Bahar Rüstəmli