
Qırğızıstan Mərkəzi Seçki Komissiyası respublika parlamentinə keçirilən seçkilərin nəticələrini etibarsız sayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə yerli 24.kg portalı məlumat yayıb.
Bu qərar Bişkekdə və digər şəhərlərdə baş verən kütləvi etirazlar fonunda qəbul edilib. Nümayişçilər iqtidaryönlü partiyaların seçkilərdə qazandıqları ilə razılaşmadıqlarını dilə gətiriblər.
Dünən gecə etirazçılar meriyanı ələ keçirərək eks-prezident Almazbek Atambayevi və onun bütün tərəfdarlarını həbsdən azad ediblər.