Xəbər lenti

"Qoyub gəldiyimiz evdən bizə qalan torpaq və bir nar ağacıdır" - Səbinə Ərəbli
Sənət10:58 05.11.2021

"Qoyub gəldiyimiz evdən bizə qalan torpaq və bir nar ağacıdır" - Səbinə Ərəbli

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İndiki vəziyyətdə doğum günümdə mənim üçün ən böyük hədiyyə can sağlığıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında "Muğam 2011” müsabiqəsinin qalibi, sevilən xanəndə Səbinə Ərəbli deyib. Sənətçi bildirib ki, insan üçün bundan böyük xoşbəxtlik ola bilməz:
"Əvvəl hamımızın bir arzusu var id: Torpaqlarımız azad olunsun. Şükür Allaha ki, torpaqlar alındı. Hamı arzusuna çatdı. Mən Bakıda doğulmuşam, amma əslən ağdamlıyam. İki dəfə Ağdamda səfərdə olmuşam. Qoyub gəldiyimiz evdən bizə qalan ancaq torpaq və bir tək nar ağacıdır, vəssalam. Adamın min bir əziyyətlə tikdiyi evini o vəziyyətdə görməsi dəhşətli bir şeydir".
Xanəndə yaradıcılıq planlarından da söz açıb:
"Artıq tədbirlər başlayıb. Yaxınlarda Moskvadan səfərdən qayıtmışam. Bu günlərdə isə İspaniyaya səfərim var. Bunların hər biri dövlət tədbirləridir. Yeni mahnılar yazdırdım, işlərim çox yaxşı gedir. Baxmayaraq ki, bu boyda uğurlarım var yenə də muğam sənətinin dərinliyini öyrənirəm".
Bahar Rüstəmli