Xəbər lenti

Qroznıdan Bakıya müntəzəm aviareys planlaşdırılır
Ekonomiks20:08 08.04.2022

Qroznıdan Bakıya müntəzəm aviareys planlaşdırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın "Utair” aviaşirkəti may ayından Qroznıdan Azərbaycana müntəzəm uçuşlar həyata keçirməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federasiyası Çeçenistan Respublikasının nəqliyyat və kommunikasiyalar naziri Ramzan Çerxiqov deyib.
Onun sözlərinə görə, "Utair” şirkəti tərəfindən may ayından etibarən Bakıya müntəzəm reyslərin həyata keçirilməsi üçün Federal Hava Nəqliyyatı Agentliyinə müvafiq ərizə təqdim olunub.