Xəbər lenti

Qubad İbadoğlu Müsavat Divanına çağırıldı
Siyasət09:36 27.01.2015

Qubad İbadoğlu Müsavat Divanına çağırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İqtisadçı-alim Qubad İbadoğlu Müsavat Partiyasının Divanının növbəti toplantısına çağırılıb. 
Bu barədə Müsavat.com -a Qubad İbadoğlu xəbər verib.
Onun ünvanına göndərilmiş elektron dəvətnamədə bildirilir: "Sizi 02.02.2015 tarixində saat 14-00-da keçriləcək Müsavat Partiyasınin Divanının iclasında iştirak etməyiniz üçün Divan adından rəsmi olaraq dəvət edirik. İştirakınız vacibdir". 
Dəvətnamə Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı tərəfindən imzalanıb.
O da qeyd olunur ki, Divanın toplantısında Q.İbadoğlunun davranışlarının partiya nizamnaməsinə uyğun olub- olmaması müzakirə ediləcək.
Qaynar.info