Xəbər lenti

Qubada biabırçılıq: yamaca çıxmaq istəyən ərəbdən pul tələb etdilər (FOTO)
Ölkə11:47 18.08.2018

Qubada biabırçılıq: yamaca çıxmaq istəyən ərəbdən pul tələb etdilər (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qubaya istirahətə gedən turistlər qəribə hadisə ilə rastlaşıb. Quba sakini Qəçrəş kimi tanınan ərazidə dağın yamacına qalxmaq istəyən bir qrup ərəb turisti ora buraxmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı cebhe.info-ya səfəri təşkil edən turizm şirkətinin nümayəndəsi verib. Onun sözlərinə görə, özünü təqdim etməyən gənc oğlan ailələri ilə yamaca qalxmaq istəyən ərəb turistlərə yaxınlaşaraq girişə görə 1 manat ödəniş tələb edib.
Bundan əsəbləşən turistin yanındakı turizm şirkətinin nümayəndəsi ilə "yamac sahibi" arasında mübahisə yaranıb:
"Mən dedim ki, dağ millətindir, dövlətindir, şəxsi əmlak deyil, buna görə niyə ödəniş etməliyik? O isə dedi ki, buranı özəlləşdirmişəm. Güya sənədləri də var. Tələb etdim, amma sənədləri gətirmədi. Sadəcə yanımdakı turistlər mübahisə böyüməsin deyə yamaca qalxmaq fikirindən daşındılar. Biabırçılıqdır. Bu cür edirlər ki, turistlər də daha gəlmək istəmir".