Xəbər lenti

Qubada dəhşətli qəza: avtomobil parçalandı – VİDEO
Ölkə10:57 27.11.2013

Qubada dəhşətli qəza: avtomobil parçalandı – VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dəhşətli görüntülər Quba rayonunda qeydə alınıb


Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qaynar.info APA TV-yə istinadən xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 170-ci km-də, Qubanın Mirzəmməd kəndi ərazisində qeydə alınıb.

Quba rayon sakini, 25 yaşlı Xəyyam Yunisovun idarə etdiyi “VAZ 21 07” markalı avtomobillə Quba şəhər sakini, 23 yaşlı Mehdi Nadirlinin idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ 21 07”nin sürücüsü Xəyyam Yunisov müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır-stabil olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qaynar.info