Xəbər lenti

Qubada müəlliməni maşın vurdu
Ölkə07:04 18.04.2013

Qubada müəlliməni maşın vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Quba rayonunda avtomobil piyadanı vurub.

APA-nın şimal bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Quba rayonu Zərdabi qəsəbəsində qeydə alınıb. Məktəbdə müəllim işləyən 49 yaşlı Kəmalə Nəcəfi işə gedərkən, rayonun Ərməki kənd sakini Sənan İsmayılovun idarə etdiyi  10-NH-651 dövlət nömrə nişanlı  “QAZel” markalı avtomobillə vurulub. Yaralı təcili Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona kəllə beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Qaynar.info