Xəbər lenti

Qubada paraşütlə uçan şəxs faciəvi şəkildə öldü
Ölkə 09:25 07.10.2024

Qubada paraşütlə uçan şəxs faciəvi şəkildə öldü

Ötən gün saat 16 radələrində Qubada paraşütlə uçan şəxs faciəvi şəkildə ölüb.

Qaynarinfo xəbər verir ki, 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu Quba rayonu, Qırız Dəhnə kəndində dağlıq ərazidən paraşütlə uçuş zamanı idarəetməni itirərək yerə çırpılıb.

Ş.Mehdiyev sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı nəticəsində yaranan travmatik şokdan ölüb.

Qeyd edək ki, o, uzun müddətdir həvəskar şəkildə "skydive” idman növü ilə məşğul olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->