"Fransa öz ərazisində o bölgədə olan və dövlətə qarşı çıxan qüvvələrə sığınacaq verir. Bu köhnə siyasətdir, daima istifadə olunub, burada təəccüblü heç nə yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov nədən Fransa qulağının dibində olan Basklar ölkəsinin, Kataloniyanın, Şotlandiyanın müstəqilliyini rəsmi olaraq dövlət siyasətinin hədəfi etmir, Azərbaycanın göbəyində olan, heç bir yabançı dövlətlə sərhədləri olmayan bir ərazinin bağımızlğını dəstəkləyir sualını şərh edərkən deyib. Politoloq deyir ki, bu məsələdə məntiq axtarmaq çox çətindir:
"Onların istəyi bəllidir. Bu da ondan ibarətdir ki, Türkiyəyə qarşı hansısa problemləri yaratmaq üçün onlar adətən Ermənistandan istifadə edirdilər. Kataloniyaya gəlincə, əslinə qalsa, orada müxtəlif gedişlər mövcuddur. Tam açıq yox, dəstək var”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə bildirib ki, Fransanın bugünkü siyasəti nə beynəlxaq hüquqa, nə də bir məntiqə sığır:
"Avropanın özü speratçılığa qarşı mübarizə apardığı halda Fransa bu gün xaricdə speratçılığı aktiv şəkildə dəstəkləyir. Gərək o İspaniyanın Kataloniya vilayətini, Böyük Britanıyanın Şotlandiya əyalətini müstəqil dövlət kimi tanıyaydı. Eyni zamanda Afrikada bu və ya digər dövlətin ərazisində ayrı-ayrı speratçı qrupların nəzarətində olan ərazilər var. Fransa gərək bu gün dünyada speratçılığı dəstəkləyən və harada bir speratçı qurum varsa, onu müstəqil dövlət kimi tanıyan bir ölkə kimi özünü elan edəydi. Onun Türkiyə, Azərbaycana qarşı siyasətində bir qərəz, özünün Ermənistana olan sevgisini istəlinən variantla zorla qəbul etdirmək hissi açıq şəkildə görünür. Azərbaycanın ərazi bütövlüyün sözdə dəstəkləsə də, faktiki olaraq Ermənistanın işğalçılıq siyasətinin uzun müddət davam etməsində Fransanın da bir başa payı var. Onun deputatlarının və rəsmi şəxslərinin kütləvi şəkildə Azərbaycanın işğal altında olan ərazisinə Azərbaycandan viza almadan səfər etməsi buna bariz nümunədir. Hətta Fransa prezidentliyinə namizəd olan bir şəxs bir il bundan əvvəl icazəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub, Azərbaycanın ərazi bütövlüyünə əlehinə yönələn bəyanatlar vermişdi”.
Aydın Mirzəzadə deyir ki, bu günlər Fransa parlamentinin hər iki palatası anti-Azərbaycan qətnamələri qəbul etdi:
"Baxmayaraq ki, Fransa hökuməti onun mövqeyi olmadığını bildirib, amma bu anti-Azərbaycan qətnamələrinə səs verən deputatlar arasında prezident Makronun sədr olduğu partiyadan olan deputatlar da var. Həmçinin elə Makronun özü də dəfələrlə Azərbaycan əlehinə fikirləri ilə gündəmə gəlib. Bütün bunlar onu göstərir ki, Fransa BMT Təhlükəsizliyi Şurasının 5 daimi üzvündən biri olsa da, yenə də beynəlxalq hüquqa saymazyanalıqla yanaşan bir ölkə kimi özünü tanıtmaqda davam edir. Məqsəd Ermənistanı ayaq üstə saxlamaq, Azərbaycan və Türkiyəyə qarşı aqressiv hərəkətlərini qəbul etdirmək və bu gün beynəlxalq hüququ özü bildiyi kimi izah etməkdən ibarətdir”.
Aydın Mirzəzadə vurğulayıb ki, bütün bunların heç biri Azərbaycanı qorxuda bilməz.
Bahar Rüstəmli
Şərhlər