Xəbər lenti

" Rusiya göstəriş verib ki, münaqişə donmuş qalmalıdır" - Politoloq
Siyasət11:21 08.07.2016

" Rusiya göstəriş verib ki, münaqişə donmuş qalmalıdır" - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Azərbaycana deyilməlidi ki, sən BMT-də nəzərdə tutulmuş müdafiə hüququndan istifadə edə bilərsən. Biz buna anlaşıqlı yanaşarıq. Əgər sən müharibəni başlasan biz səni dəstəkləyərik".

Bu sözləri "Qaynarinfo.Az"-a açıqlamasında politoloq Zərdüşt Əlizadə NATO-nun samitində Qarabağ mövzusunun yenidən gündəmə gəlməsinin münaqişəyə təsirindən danışarkən deyib.

Zərdüşt Əlizadənin sözlərinə görə, bu görüşlərin məqsədi xalqlarda təsəvvür yaratmaqdı ki, Dağlıq Qarabağ problemini dinc yolla həll olunmasına çalışılır:"Bu cür görüşlər sülhpərvər misiyanı yerinə yetirmək görüntüsü yaradır. Məsələnin mahiyəti çox aydındır. BMT-nin üzvü olan Ermənistan digər BMT üzvü olan Azərbaycanın ərazisini işğal edib. Bu işğalı beynəlxalq aləm tanımaq istəmir. Hərə suda öz balığını tutur.  Rusiya münaqişə vasitəsi ilə bölgəni nəzarətdə saxlayır. Qərb də bölgədəki nüfuzunu artırıb. Öz iqtisadi mənfəətini götürür. Neftini, qazını alır və mallarını satır. Kəşfiyat qurğularını yerləşdirməklə bölgəyə nəzarətini saxlayır. Hərə öz rolunu oynayır. Amma münaqişənin həlli üçün tələb olunan vasitələrdən heç kim istifadə etmir. Qərb və NATO Ermənistana təzyiq etməliydi ki, qanunu pozaraq işğal etdiyin ərazidən çıx. Çıxmadığı halda cəza tədbirləri görməliydi. Lakin əksinə Ermənistana hərbi, siyasi və informasiya dəstəyi verir".  

Zərdüşt Əlizadə

Politoloqun fikrincə dünya dövlətləri Azərbaycana deməliydi ki, sən BMT-də nəzərdə tutulmuş müdafiə hüququndan istifadə edə bilərsən: "Biz buna anlaşıqlı yanaşarıq. Əgər sən müharibəni başlasan biz səni dəstəkləyərik. Amma tam əksini deyir. Qətiyyən müharibə etmə. BMT nizamnaməsinin 51-ci maddəsindəki nəzərdə tutulan "öz ərazisini müdafiə" hüququndan istifadə etmə. Təcavüzkara yalvar və biz ona dəstək verək. Fransa da, Amerika da, Rusiya da, bu pirinsiplə hərəkət edir". 

Zərdüşt Əlizadə qeyd edib ki, vətəndaşların münaqişənin dinc yolla həll olunması üçün, sülhün bərpa olunması üçün çağrışlar etməyə imkanı yoxdur: "Dərhal orqanlar həmin adamın üzərinə düşərək, "xain", "cəsus" adlandırırlar. Bu Ermənistanda daha çox özünü büruzə verir.  Azərbaycanda da belə hallar var. Heç kəs onlara demir ki, siz konsititusiyanı pozursuz. Sülh təbliğatı deyil müharibə təbliğatı aparanlara cəza tətbiq olunmalıdır. Lakin bu əksinə olur. Vətəndaş cəmiyəti Qarabağ münaqişəsi ilə məşğul ola bilmir". 

Politoloqun fikrincə, Rusiya göstəriş verib ki, münaqişə donmuş qalmalıdır:"Vaxaşırı olan atışma da görüntü xarakteri daşıyır. Cəmiyyət stress vəziyətə düşür. Amma münaqişənin həlli üçün ciddi addım atılmır.Dünyanın böyük dövlətləri də Rusiyanın Qafqazdakı hegemonluğu ilə razılaşır. Heç kim onunla müharibə aparmaq istəməz. Rusiyanın atom silahı var. Bu dünyanın axırı olar. Ona görə də burda Rusiyanın hegemonluğunu etiraf edirlər".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.az