Xəbər lenti

"... Sevməyə, darıxmağa ehtiyac yoxdur" - ŞEİR
Sənət13:02 31.08.2015

"... Sevməyə, darıxmağa ehtiyac yoxdur" - ŞEİR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tovuzda "N" saylı hərbi hissədə qulluq edən şair Tural Balabəylidən bir şeir...

Ağlamaq üçün

gözdən axan yaşa ehtiyac yoxdur;

İnsan gülərkən də ağlaya bilər...

Sevmək üçün 

gözələ ehtiyac yoxdur;

çirkin üzdə gözəl bir ruh, 

qəlbi qəlbə bağlaya bilər...

Darıxmaq üçün

ayrılığa ehtiyac yoxdur;

darıxılan yaxındaykən

həsrət çəkmək elə darıxmaqdır...

Yaşamaq üçün

ağlamağa,

gülməyə,

sevməyə, 

darıxmağa

ayaq tutub gəzməyə ehtiyac yoxdur;

bir qəlbə dolmaq, 

bir qəlbdə yuva salmaq, 

xatırlanmaq

elə yaşamaqdır...