Xəbər lenti

"... özümdən utanıram" - Oqtay Əsədov
Siyasət08:39 02.05.2014

"... özümdən utanıram" - Oqtay Əsədov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Məclisin mayın 2-də keçirilən iclasında spiker Oqtay Əsədov təkliflə çıxış edib. 

“Qafqazinfo” xəbər verir ki, O. Əsədov Azərbaycan parlamentnin Minsk qrupunun hesabatının ATƏT PA-nın Bakıda keçiriləcək yay sessiyasının gündəliyinə salınması təklifiylə çıxış etməsinin vacibliyini vurğulayıb.

Spikerin bu təklifi deputatlar tərəfindən alqışlanıb.

Eyni zamanda spiker çıxışında ATƏT Minsk qrupunun və həmsədrlərin ünvanına sərt fikirlər səsləndirib. Spiker çıxışında ABŞ-dan olan həmsədr Ceyms Uorliki tənqid edib: “Onların işi gücü oturub tvitterdə tvitləşməkdir. Ermənilərlə müzakirə aparmaqdır. Bu gün ortada BMT-nin dörd qətnaməsi var. Yaxşı olardı ki, ATƏT-nin Minsk qrupunun həmin qətnamələrin icra olunması istiqamətində iş aparsınlar. Ermənistana ciddi təzyiqlər göstərsinlər”.

Spiker çıxışında həmçinin millət vəkillərini diqqətli olmağa çağırıb: “Dünyada aləm bir-birinə qarışıb. Biz diqqətli olmalıyıq. Mətbuatda baxanda özümdən utanıram ki, niyə bizim millət belə yazılar yazır. Bir analitik, adamın ürəyini açan yazı yoxdur. Ancaq bir-birlərinə sataşırlar”.

Qaynar.info