Xəbər lenti

"16 baş məşqçi ilə görüşmüşük" - AFFA-nın baş katibi
İdman19:47 15.11.2014

"16 baş məşqçi ilə görüşmüşük" - AFFA-nın baş katibi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Millinin baş məşqçi postuna namizəd məşqçilər siyahısında yalnız əcnəbilər var". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Baş katib indiyədək 17 mütəxəssislə görüşdüklərini deyib: "16 məsqçi ilə görüşmüşük. Onların bəziləri bu haqda məlumat veriblər, bəziləri adlarının gizli qalmasını istəyirlər. Marko Tardelli barədə heç nə deyə bilmərəm. Robert Prosineçki ilə görüşmüşük. Bunu özü də açıqlayıb". 

Elxan Məmmədov danışıqlar aparılan məşqçilərin qarşısına qoyduqları şərti də açıqlayıb: "Danışıq apardığımız məşqçilərlə ən birinci şərtimiz, onun Azərbaycanda yaşamasıdı. Bütün tələbləri onlara göndəririk. Ölkəmizdə yaşamaq istəməyənlərlə isə razılaşmırıq. Böyük ehtimalla ilin sonuna qədər bu, məlum olacaq". 

Qaynar.info