
Daxili İşlər Nazirliyi "28 May" stansiyasında baş verən hadisə ilə bağlı məlumat yayıb.
"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, iyulun 8-də saat 23.55 radələrində metronun “28 May” stansiyasında Slavyan Universitetinin tələbəsi, Türkiyə vətəndaşı Uslu Abdulkərim qatar gözləyərkən hüdud xəttini keçdiyindən stansiyaya daxil olan qatarın yan güzgüsü onun baş nahiyəsinə dəyib.
Uslu Abdulkərimə xəstəxanada ilkin tibbı yardım göstərildikdən sonra buraxılıb.