Xəbər lenti

"ABŞ-dakı seçkilərinin nəticələri Ermənistan üçün sürprizə çevrildi" - Novruz Məmmədov
Siyasət07:59 10.11.2016

"ABŞ-dakı seçkilərinin nəticələri Ermənistan üçün sürprizə çevrildi" - Novruz Məmmədov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkilərinin nəticəsinə münasibət bildirib.

Qaynarinfo.Az xəbər verir ki, Novruz Məmmədov şəxsi twitter hesabından seçkilərə münasibət bildirib.

Şöbə müdirinin sözlərinə görə, ABŞ-dakı prezident seçkilərinin nəticələri Ermənistan və dostları üçün daha bir sürprizə çevrildi:"Bob Dold, Mark Körk və başqa ermənipərəst konqresmenlər seçkilərdən kənarda qaldılar".

Novruz Məmmədov həmçinin qeyd edib ki, “Azərbaycanda Demokratiya” adlı bədnam aktın həmmüəlliflərindən olan Cozef Hek də seçkini uduzanlar sırasındadır.

Xatırladaq ki, dünən Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-ın yeni prezidenti seçilib. Donald Tramp Seçicilər Kollegiyasının 277 səsini, onun demokrat rəqibi Hillari Klinton isə 215-ni toplayıb.

Aydın Mirzə

Qaynarinfo.Az