AFFA-nın baş katibi Elxan Məmmədov Qurban Qurbanovun millinin baş məşqçisi olmaq ehtimalı ilə bağlı danışıb. Qaynar.info xəbər verir ki, asossasiya rəsmisi "Qarabağ"ı çalışdıran mütəxəssisin namizədlər siyahısında olmadığını bildirib:
"Bu məsələyə İcraiyyə Komitəsi baxır. İndiyə qədər onlardan heç biri nə Qurban Qurbanovun, nə də hər hansı yerli məşqçinin namizədliyini irəli sürüb. Kimsə onun namizədliyini istəsə, siyahıya əlavə edəcəyik".
Qaynar.info