Xəbər lenti

"Aftafa və paz da milliləşdirilməlidir" - Hikmət Hacızadə
Siyasət13:45 14.03.2014

"Aftafa və paz da milliləşdirilməlidir" - Hikmət Hacızadə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Kabab bizimdirsə, şiş də bizim olmalıdır və o yanmamalıdır."

Bunu Qaynar.info-ya deputat Sahib Əliyevin Milli Məclisdə qaldırdığı “Azərbaycana kabab şişləri lazımdır” təklifinə münasibət bildirən politoloq Hikmət Hacızadə deyib.

Hikmət Hacızadə bildirib ki, bu, çox yaxşı məsələdir: "Nəhayət, milləti düşünən bir deputat tapıldı. Sahib bəy düz deyir. Kabab bizimdirsə, şiş də bizim olmalıdır və o yanmamalıdır. Manqal və kömür də milli olmalıdır. Bəyənilsin, dəstəkləyirəm və mən onun tərəfinə keçirəm. Bundan sonra aftafa və təsbeh də milliləşdirilməlidir, bir də paz". 

"Bəs "zubaçiska" necə, o da milliləşməlidir" sualına isə Hikmət Hacızadə belə cavab verib: "Cığallıq eləməyin, bu ciddi mövzudur. "Zubaçiska" bizə nə vaxt gəlib? Bu, bizlik deyil. Bizim olan paz, saqqal darağı, aftafa və nəhayət, təsbehdir" 

Xatırladaq ki,  Milli Məclisin bu gün keçrilən iclasında deputat Sahib Əliyev maraqlı təkliflə çıxış edib. O bildirib ki, kabab milli mətbəximizə, süfrəmizə aid olsa da, onu bişirən şiş bizdə istehsal olunmur: “Niyə o şişdən bizdə istehsal olunmur? Kababı sevirik, “millidir” deyirik, amma onu bişirən şişi Türkiyədən gətizdiririk. Mən təklif edirəm ki, o şişdən bizdə də olsun”. 

Elkin Xəlilov

Qaynar.info