Xəbər lenti

"Aİ Azərbaycan və Ermənistan arasında etibarın möhkəmləndirilməsinə yardım etməyə hazırdır"
Siyasət18:58 16.05.2016

"Aİ Azərbaycan və Ermənistan arasında etibarın möhkəmləndirilməsinə yardım etməyə hazırdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Komissiyasının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini Avstriyanın paytaxtı Vyanada Ermənistan prezidenti Serj Sarqsyanla görüşüb.
"Report" erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin aprelin əvvəlində cəbhədə yaşanan gərginlik müzakirə olunub.
Moqerini Avropa İttifaqının ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini və münaqişə zonasında etibarın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin reallaşdırılması məsələsində yardım etməyə hazır olduğunu ifadə edib.
Qaynarinfo.az