Xəbər lenti

"Çalışacağıq ki, "Qarabağ"ın Çexiyadakı oyunu canlı göstərilsin" - Ramin Musayev
İdman08:23 26.07.2016

"Çalışacağıq ki, "Qarabağ"ın Çexiyadakı oyunu canlı göstərilsin" - Ramin Musayev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün PFL prezidenti Ramin Musayev çempionatın püşkatmasından əvvəl bəzi maraqlı fikirlər səsləndirib.

"Qaynarinfo.Az" xəbər verir ki, Musayev "Qarabağ" və "Qəbələ"nin Çexiya və Fransadakı səfər oyunlarının canlı göstərilməsi və digər məsələlər barəsində danışıb.

"Bu gün "Qarabağ" Çempionlar Liqasında, sabah yox, birisigün "Qəbələ" Avropa Liqasında oyunlara çıxacaq. Bugünkü püşkdən sonra çalışacağıq ki, hər 2 komandanın səfərdəki oyunları canlı göstərilsin. Bunun üçün lazımi yerlərə müraciət edəcəyik.

Hər birimiz sevindik ki, bizim gənc hakimimiz Əliyar Ağayev 19 yaşadək futbolçulardan ibarət millilər arasında Avropa çempionatının finalını idarə etdi. Sözsüz ki, hakim Azərbaycan çempionatında səhvlərə yol verir. Beynəlxalq miqyaslı oyunda Əliyar Ağayevin qarşısında nə AFFA, nə PFL yazılmamışdı, "Azərbaycan" sözü yazılmamışdı.

Sevindirici məqamdır ki, artıq 2 futbolçumuz Portuqaliya çempionatında çıxış edəcək. Bu da onu göstərir ki, futbolçuya ölkədə az pul veriləndə legioner olmaq istəyi daha çox olur.

Bu mövsüm oynanılacaq toplar artıq gətirilib. Adı "Böje"dir. Satışdan 50 faiz ucuz olacaq".

Qaynarinfo.Az