Xəbər lenti

"ANS-ə heç vaxt qayıtmayacağam" - İlqar Mikayıloğlu
Ölkə12:38 04.09.2014

"ANS-ə heç vaxt qayıtmayacağam" - İlqar Mikayıloğlu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ANS televiziyasının prezidentinin ictimai əlaqələr üzrə müşaviri Mais Məmmədovun "İlqar Mikayıloğlu ərizəsini yazıb, özü işdən çıxıb. Yəqin özünə yağlı qapı tapıb, kim bilir" sözlərinə aparıcı İlqar Mikayıloğlu Mövqe.az vasitəsilə cavab verib: 

"Allah onun köməyi olsun. Yaşlı kişidir. Vallah, yağlı qapı olduğunu da bilmirdim, ondan eşitdim. ANS-ə heç vaxt qayıtmayacağam. Başqa telekanalda da işləyib, işləməyəcəyim dəqiq deyil. Bu dəqiqə qolumun hayındayam".

Xatırladaq ki, aparıcı İ. Mikayıloğlunun sentyabrın 1-i ANS telekanlı ilə arasında bağladığı müqavilənin vaxtı tamamlanıb. Aparıcının özü dediyinə görə, işdən çıxmasına səbəb səhhətində yaranan problemlərdir. 

Qaynar.info