
“Nə dava? Bunlar hamısı boş-boş söhbətlərdir. Belə məsələləri bağlayın getsin. Əsəd Cahangirlə aramızda heç bir problem yoxdu. Hətta bu gün Natavan klubunda “Gənc Ədiblər məktəbi”nin tədbirində onunla birlikdə iştirak edəcəyik. Tədbiri mən aparacam, Əsəd Cahangir də çıxışçıdır”.
Bu sözləri hafta-ichi.az-a açıqlamasında yazıçı Elçin Hüseynbəyli deyib.
O bildirib ki, həmkarı Əsəd Cahangirlər dava etməsi ilə bağlı iddialar əsassızdır: “Sadəcə olaraq, biz Əsədlə ərkyana danışırdıq. Uşaqlardan kimsə qapını bərk çırpdı, onda Tofiq müəllimin əli bir balaca cızıldı. Burada heç kim bir-birini öldürməyib. Hər kəsin arasında umu-küsü də ola bilər, mübahisə də ola bilər, hər şey ola bilər. Guya mən Əsədi yumruqlamışam, bu nə cəfəng söhbətlərdir? Bunu heç kim görmədi bircə elə bu məlumatı yayan jurnalist gördü? Azərbaycanda yazıçını gözdən salmaq kampaniyası aparırlar?”.
Qaynar.info