Xəbər lenti

"Avropa Birliyinin genişlənməsi, Britaniyanın çıxışına əsl cavab olardı" - Siyasi analiz
Siyasət09:36 24.06.2016

"Avropa Birliyinin genişlənməsi, Britaniyanın çıxışına əsl cavab olardı" - Siyasi analiz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"AB-nin postsovet ölkələri hesabına genişlənməsinə yaşıl işıq yandıra bilər. Çünki AB-nin genişlənməsi - Britaniyanın çıxışına əsaslı cavab olardı. Əslində bu siyasət ABŞ-ın da maraqları çərçivəsindədir!"

Qaynarinfo.az xəbər verir ki, bu sözləri Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı Böyük Britaniyanın Avropa Birliyindən çıxmalarını şərh edərkən deyib.

Azər Qasımlı

Azər Qasımlı bildirir ki, Böyük Britaniya 1974-cü ildən etibarən Avropa Birliyinin üzvü olsa da, lakin Birliyə inteqrassiyası tam deyildi: "Şenqen (Britaniyaya gəlmək istəyənlər viza almaq məcburiyyətində idi!) və avro zonaya (öz valyutasını saxlamışdı!) daxil deyildi, xarici siyasətində tam müstəqil yol tutmuşdu. Məsələn, ABŞ-ın İraq müdaxiləsinə Avropa Birlinin əsas ölkələri etiraz etdiyi zaman İngiltərə tam əksinə bu müdaxilədə ABŞ-ın yanında oldu. Bir sözlə avroskeptiklərin mövqeyi Britaniyada hər zaman güclü olub və gec-tez onların Birlikdən çıxma ehtimalı hər zaman yüksək olub".

Azər Qasımlı hesab edir ki,referendumun əsasən iki ciddi nəticəsi olacaq:

"1. İlk növbədə AB-yə qarşı olan siyasi təşkilatların və siyasətçilərin, bir sözlə avroskeptisizm trendi, Avropa Birliyi ölkələrində milliyətçilik meyilləri güclənəcək. Bu da böyük ehtimal immiqrantların qarşısını almaq üçün Şenqen rejimini yenidən gözdən keçirmək, rejimi daha da sərtləşdirməklə nəticələnəcək.

2. AB daha müstəqil xarici siyasət yürütməyə başlayacaq. Anqlo-Sakson trendi zəifləyəcək, ABŞ-ın AB ölkələrinə təsiri azalacaq. Almaniya və Fransa AB-də bir mənalı olaraq söz sahibi olacaq. Avropa ölkələrinin xarici siyasəti əsasən bu iki ölkənin qərarlarından asılı olacaq. Bu da müəyyən dövrdən sonra (miqrant problemini həll edəndən sonra!) AB-nin postsovet ölkələri hesabına genişlənməsinə yaşıl işıq yandıra bilər. 

Çünki AB-nin genişlənməsi - Britaniyanın çıxışına əsaslı cavab olardı. Əslində bu siyasət ABŞ-ın da maraqları çərçivəsindədir! Bir sözlə Avropa Birliyini dəfn etmək hələ çox çox tezdir!".

Xatırladaq ki, Böyük Britaniyada Avropa Birliyinin tərkibində qalıb-qalmamağa dair dünən referendum keçirilib. Səsverməyə qatılan 17 milyon seçicinin 52%-i qərarın lehinə, 48 faizi isə əlehinə səs verib. Səsvermə nəticələrindən sonra Böyük Britaniyanın baş naziri David Kameron istefa verəcəyini bəyan edib. 

Qaynarinfo.az