Xəbər lenti

"Avtoş" məmur oğlu azadlıqda - VİDEO
Ölkə19:47 11.05.2014

"Avtoş" məmur oğlu azadlıqda - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avtoxuliqanlıqda təqsirləndirilərək inzibati qaydada həbs edilən məmur oğlu mayın 8-də azadlığa çıxıb. 

Zığ şossesində avtoxuliqanlıq edən və buna görə cəzalandırılaraq 20 sutka azadlıqdan mərhum edilən polis əməkdaşı Tural Həsənov sərbəst buraxılıb. Belə ki, aprelin 18-də həbs edilmiş T.Həsənova verilən 20 sutkalıq həbs cəzası artıq başa çatıb. Virtualaz.org saytının hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, onunla birgə tutulan dostu Rahib Abdulbağırova verilən 15 sutkalıq həbs cəzası mayın 3-də başa çatıb.

Xatırladaq ki, Tural Həsənov Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənovun oğludur. Ə.Həsənov oğlunun həbsindən bir gün sonra - aprelin 19-da tutduğu vəzifədən azad edilib. Buna idarə rəisinin övladının ictimai yerdə qaydaları kobudcasına pozması, qanunlara hörmət etməməməsi səbəb olmuşdu. Hadisədən dərhal sonra T.Həsənov özü də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis orqanlarından da xaric olunmuşdu.

Qeyd edək ki, T.Həsənov və dostu “BMW X6” və “Lada Priero” avtomobilləri ilə Zığ şosesində avtoxuliqanlıq etdiklərinə görə cəzalandırılıblar.

Qaynar.info