
“Partiyada seçki müzakirələri davam etsə də, hələ rəsmi qərarımız yoxdur”.
Qaynar.info xəbər verir ki, AXCP sədrinin müavini Gözəl Bayramlı “Basta”nın əməkdaşının “AXCP bu il keçiriləcək parlament seçkilərilə bağlı rəsmi mövqeyini nə zaman açıqlayacaq?” sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, AXCP ilə Milli Şuranın mövqeyi üst-üstə düşür: “AXCP olaraq seçki məsələsi ilə bağlı mövqeyimiz Milli Şuranın mövqeyilə eynidir. Hesab edirik ki, seçki mühitinin olmadığı, hər hansı seçki islahatının aparılmadığı, repressiyaların davam etdirildiyi və yüzə yaxın siyasi məhbusun olduğu bir şəraitdə və nəticəsi bəri başdan bəlli olan seçkide, daha doğrusu seçki imitasiyasında iştirakı mümkün hesab etmirik. Seçki qabağı mühitlə bağlı Milli Şuranın cəmiyyətə təqdim etdiyi sənəddə bütün fikirlərimiz öz əksini tapıb”.
Qeyd edək ki, Müsavat Partiyasının Məclisi avqustun 29-da keçirilən sessiyasında seçkilərdə iştirakla bağlı qərar verib.
Bu gün “Nida”, sabah isə “ReAL” Vətəndaş Hərəkatı rəsmi mövqeyini açıqlayacaq.