
Yayın ən möhtəşəm və ilk konsertinə sayılı günlər qalmış Xalq artisti Aygün Kazımovanın səhnədəki geyimləri hazırlanmağa başlayıb. İfaçının geyimləri ilə peşəkar modelyer Gülya məşğul olacaq.
Qaynarinfo.az xəbər verir ki, son açıqlamasında artıq qapalı geyimlər mövsümünə son qoyduğunu söyləyən Kazımova görünür səhnədəki geyimi ilə hər kəsin zövqünü oxşayacaq. Qeyd edək ki, səhnədə eyni paltarın tamaşaçıların gözünü yoracağını düşünən "diva" gecə ərzində müxtəlif geyimlərdə çıxış edəcək. Konsertin PR menecerindən alınan məlumata görə, səhnədə Xalq artisti ilə birlikdə 10 peşəkar rəqqas çıxış edəcək. Kazımovanın müxtəlif ölkələrdəki rəqs qrupları, istifadə edəcəkləri kostyumları və quracaqları rəqsləri yolladıqdan sonra onların arasından ən fərqli və maraqlı komanda seçilərək, iyunun 18-də Nabranda “El Faro istirahət mərkəzi”də çıxış edəcək.
Qeyd edək ki, Aygün şounun aparıcısının da adı artıq açıqlanıb. Yayın ilk konsertinin aparıcısı hər kəsin "Lider" telekanalından yaxşı tanıdığı, uzun illərdir təcrübəsi olan Lamiyə Ələkbərqızıdır. Bu günə qədər bir çox konsertlərin aparıcılığını edən Lamiyə konsertin keçiriləcəyi məkanla tanış olaraq, tamaşaçılara möhtəşəm bir gecə vəd edib. Konsertdən sonra tamaşaçılar Dj Roşka ilə birlikdə səhərə qədər diskotekada əylənəcək.
Qaynarinfo.az


