Xəbər lenti

"Azadlıq - azərbaycanlılar üçün çox əhəmiyyətlidir" - Millət vəkili
Siyasət05:11 25.05.2013

"Azadlıq - azərbaycanlılar üçün çox əhəmiyyətlidir" - Millət vəkili

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bizə avropalıların pulu lazım deyil. Biz onlardan təhsil, ətraf mühitin mühafizəsi və sosial müdafiə sahəsində yüksək standartlara cavab verən idarəetmə bacarıqları və sözün geniş mənasında mədəniyyət əxz edə bilərik."
 "İslam şərqində ilk demokratik dövlət olan, 1918-ci ildə yaradılmış Azərbaycan dövləti həmişə türk və İslam dünyasının lideri olub". Millət vəkili Asim Mollazadə "Azərbaycanın Avropa Yolu: irəliləyişlər və imkanlar" Alman-Azərbaycan forumunda çıxış edərkən belə deyib.
A.Mollazadə bildirib: "Azərbaycanda yaşayan almanlar ADR-in fəaliyyətində mühüm əhəmiyyət kəsb ediblər”.
Millət vəkili ötən əsrdə Almaniyadakı aclıq və xəstəlikdən qaçan şəxslərin Azərbaycanda məskunlaşma tarixindən danışıb: "Çağdaş Azərbaycanda Yevangelist kilsəsi, pravoslav, müsəlman məbədləri və sinaqoqlar bərpa olunub və yenidən qurulub. Tarixən ümumubəşəri, insani dəyərlər azərbaycanlılara xas olub. Biz Avropanın demokratik ənənələrini bölüşürük, mənimlə birgə Azərbaycanın Quba bölgəsində yəhudi icmasını ziyarət edən Bundestaq nümayəndələri də buna bir daha əmin oldular".
O qeyd edib: "Azərbaycan Avropaya inteqrasiya üçün illərdir ki, onun qapısını döyüb yalvarmır. Bizə avropalıların pulu lazım deyil. Biz onlardan təhsil, ətraf mühitin mühafizəsi və sosial müdafiə sahəsində yüksək standartlara cavab verən idarəetmə bacarıqları və sözün geniş mənasında mədəniyyət əxz edə bilərik. Amma Azərbaycanın da Avropa ilə bölüşə biləcəyi çox şey var. İlk növbədə mədəniyyətlərarası əməkdaşlıq təcrübəsindən söhbət gedir”. 
A.Mollazadə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının qəbul edilməsinin təşəbbüskarı olan Polşanın rolunu minnətdarlqla qeyd edib və Polşa ilə Azərbaycan arasında sıx tarixi əlaqələrinin olduğunu xatırladıb. "Polyaklar və azərbaycanlıları totalitarizm və imperiya hegemonluğuna qarşı ümumi mübarizə tarixi birləşdirirdi. Rusiya əleyhinə hərəkatın mərkəzi Bakıda yerləşirdi və Azərbaycan Demokratik Respublikasının yaradıcıları ADR-in süqutundan sonra Polşada toplaşdılar.
Brüsseldə ilk Avronest Parlament Assambleyasını xatırlayıram, o zaman Ermənistan yekun qərarın qəbuluna veto qoydu. Təklif olunan qətnamədə Avropanın enerji təhlükəsizliyi prinsipinin gözlənilməsi nəzərdə tutulurdu, bunun əsasında Avropa ölkələri Rusiyadan yan keçməklə neftlə təmin etmək planlaşdırılırdı. Azərbaycan, Gürcüstan və Türkiyə ilə birlikdə Avropanın bəzi ölkələrini neftlə təmin etməyi öz üzərinə götürüb. Hətta indi Ukrayna da əsasən qeyri-rus enerji ehtiyatları ilə təmin olunur.
Biz gözləyirdik ki, Avropa ictimaiyyəti  həmin Transxəzər boru kəmərinin enerji layihəsində fəal iştirak edəcək. Azərbaycanda zəngin qaz ehtiyatları var, lakin əlbəttə ki, bu, bütün Avropanı təmin etmək üçün kifayət deyil. Türkiyə ilə birlikdə təklif olunan TANAP sistemi təkcə Avropanın deyil, həm də Avropaya Yaxın Şərqdən gələcək qaz nəqlinin təchizi üçün səmərəlidir. İlk növbədə Almaniya və İsveçrədə nüvə elektrik stansiyalarının bağlanması səbəbindən Avropada ənənəvi enerji resurslarına tələbat hər il artacaq. Əgər avropalılar enerji tədarükünün diversifikasiya edirlərsə, düşünürəm ki, bizim Aİ ilə əlaqələrimiz inkişaf edəcək". 
Millət vəkili Azərbaycan və Avropa arasında əməkdaşlığın növbəti mühüm sahəsi kimi sosial məsələlər spektrini önə çəkib: "Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, əhalinin sosial müdafiəsinin Avropa təcrübəsi bütün post-sovet ölkələri üçün çox vacibdir".
A.Mollazadə deyib: "Hər keçmiş sovet ölkəsi təhsil sisteminin məhvindən əziyyət çəkir. Bizim gələcəyimizə birbaşa təsir göstərən ən əhəmiyyətli məsələ müasir, inkişaf etmiş Avropa təhsil sistemi yaratmaqdır. Azərbaycan gənclərinin gənc avropalılar kimi təhsil almaq imkanı olmalıdır. Bu, Azərbaycan ilə Avropa ali məktəblərində tətbiq olunan ümumtəhsil kurrikulumlarınan gedir”.
Millət vəkili Azərbaycanın Şərqdə Opera və Balet, "Eurovision" səhnəsində bizim sətəçilərin cari uğurlarını şərtləndirən Avropa mədəniyyətinin liderliyi sahəsində bir sıra nümunələr gətirib. Eyni zamanda Milli Məclisin üzvü bəzi Avropa millət vəkillərinin Bakıda "Eurovision" müsabiqəsinin keçirilməsinə mane olmaq istəməsinə, İran mollaları ilə həmrəyliyinə təəəccübünü ifadə edib.
A. Mollazadə bildirib: "Düşündüm ki, keçmiş sosialist ölkələrdə demokratik inkişaf asanlıqla keçib, keçmiş sovet respublikalarında isə bu, çətinliklə həyata keçirilir. Fikrimcə, məsələ bundadır ki, Azərbaycan və keçmiş sovet ölkələri yüzlərlə azərbaycanlı gəncin ötən əsrin əvvəllərində Avropada təhsil almasından sonra işğal olunub. ADR zamanında 450 azərbaycanlı gənc Almaniyada ali təhsil alıb. Lakin müstəqil Azərbaycanın bolşevik istilasından və bu ölkələrin, kollektivləşdirilməsi və sovetləşdirilmədən sonra bizim ən savadlı gənclər, Ukrayna və digər keçmiş sovet respublikalarında olduğu kimi, Xəzər dənizinin adalarında güllələniblər. Azərbaycanlılar Musa xalqı kimi, 40 il i demokratiya axtarışında səhrada dolaşıblar". 
Millət vəkili əlavə edib: "Azərbaycan böyük qardaşın himayəsindən azad olub və artıq onun Ankara, Brüssel, Moskvaya və ya Vaşinqtona ehtiyacı yoxdur. Bizə ortaq dəyərlərimizi paylaşan qardaş və tərəfdaş lazımdır. Azadlıq - azərbaycanlılar üçün çox əhəmiyyətlidir"
Milli Məclis üzvü söyləyib: "Azərbaycan bu gün Pakistanda qadınlar üçün məktəb açır, Əfqanıstanda da belə məktəblər inşa edilir. Biz həmişə Azərbaycan qadınlarının İslam dünyasında rolunu qiymətləndirmişik. İlk müsəlman teatr aktrisası, ilk qadın müğənni Azərbaycanda çıxıb. Yüksək təhsilli Azərbaycan qadınları hər zaman islam dünyasında parlayıblar ”. 
A.Mollazadə fikrini belə yekunlaşdırıb: "Azərbaycanlılar üçün Almaniya həmişə Avropanın bir modeli olub. İstəməzdik ki, Almaniya hansısa ani maraqlarına görə dostlarını qurban versin. Hər hansı bir Avropa ölkəsinin Rusiya ilə ortaq maraqları ola bilər. Amma sizi əmin edirəm ki, Avropanın əsl dostları onun inkişafı üçün mühüm əhəmiyyət daşıyan Ukrayna, Azərbaycan, Gürcüstan və Ermənistandır. Biz sizin yardımınızla Ermənistanın da müstəqil olmasını istəyirik ki, bu ölkəyə Azərbaycanın tərəfdaşı olsun.
Müstəqillik uğrunda mübarizə illərində erməni insan hüquqları müdafiəçisi Paruyr Hayrikyan həbsə atıldı, çünki Azərbaycanla birgə Ermənistanda Rusiya hökmranlığına qarşı idi. Ermənistandakı son prezident seçkiləri ərəfəsində həmin Hayrikyan Sumqayıt hadisələrində Rusiyanın rolundan açıq danışdı və buna görə güllələndi. Amma bu fakt Avropada heç kimi maraqlandırmadı.
BMT və Aİ-nin Qarabağ məsələsinə dair Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasını və qaçqınların yurdlarına qayıtmasını tələb edən dörd qətnamə hələ də yerinə yetirilmir. Niyə? Hamıya məlumdur ki, AB və ABŞ yalnız Rusiya ilə maraqlanır və bu əlaqələrlə məşğul olur. Amma kiçik dövltlər də Avropa üçün vacib ola bilərlər”.
Qaynar.info