Xəbər lenti

"Azərbaycanın qazdan gəlirləri neft gəlirlərinə çatacaq" - SOCAR prezidenti
Ekonomiks09:42 24.02.2017

"Azərbaycanın qazdan gəlirləri neft gəlirlərinə çatacaq" - SOCAR prezidenti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan bir əsrdən çox müddət ərzində qabaqcıl neft ölkəsi kimi tanınsa da, hazırda təbii qaz satışından əldə olunan gəlirlər neft ixracına çatmaqdadır.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Natural Gas World" (NGW) jurnalına verdiyi müsahibəsində bildirib.

SOCAR prezidenti bildirib ki, neft-kimya məhsullarının ixrac payı artmaqda davam etsə də, 2020-ci illərin ortalarında Azərbaycanın dövlət xəzinəsinə qazdan daxil olacaq gəlirlər neft gəlirləri ilə bərabərləşəcək.

Azərbaycan 2021-ci ilədək "Şahdəniz" yatağının ikinci fazasından qaz ixracına hər il 16 mlrd. kubmetr əlavə etməyi planlaşdırmaqla yanaşı, xüsusilə ölkədən kənarda neft-kimya, neft emalı, boru kəməri və LNG (mayeləşdirilmiş təbii qaz-Liquified Natural Gas) layihələrini genişləndirməyə də davam edir.

"Növbəti on il ərzində Azərbaycan özünün hazırkı qaz layihələrinin reallaşması, onların genişlənməsi və yeni qaz layihələrinə start verilməsi istiqamətində bir sıra addımlar atacaq. Buna əlavə olaraq, qaz emalı və neft-kimya zavodlarının istismara verilməsi və qazla işləyən yeni sənayenin yaradılması fəaliyyətimizin digər mühüm tərəflərini təşkil edir. Yeni qurulmuş zavodlar ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verəcək, yeni iş yerləri açılacaq, kiçik və orta biznesin inkişafını stimullaşdıracaq", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycan neft gəlirlərinin ixracdakı payının 13,5% azalması fonunda qaz ixracından gələn gəlirlərin payını 2012-ci ildəki  2,7%-dən ötən il 10,6%-ə yüksəldib (report)

Qaynarinfo.Az