Xəbər lenti

"Azərbaycanlılar hər zaman hökumət tərəfdarı olublar" - Politoloq
Siyasət08:46 10.10.2016

"Azərbaycanlılar hər zaman hökumət tərəfdarı olublar" - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstan keçirilən parlament seçkilərinin nəticələri bəlli olub. Gürcüstan Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən “Gürcü Arzusu” 48,61%, Vahid Milli Hərəkat Partiyası 27,04% səs toplayıb. “Gürcü Arzusu” partiyasi səs faizi etibarilə bütün partiyaları üstələyib.

Bəs görəsən gürcü hökümətində hansı partiyanın üstünlüyü Azərbaycan və orda yaşayan azərbaycanlılar üçün daha uğurlu olardı?

Məsələ ilə bağlı Qaynarinfo.Az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirib ki, Gürcüstanda hansı partiyanın qalib gəlməsinin Azərbaycan üçün heç bir fərqi yoxdur.

Zərdüşt Əlizadə qeyd edib ki, Gürcüstanda hər partiyanın öz seçicisi var: "Bu o demək deyil ki, ordakı azərbaycanlılar Saakaşvili tərəfdarıdır. Bu o deməkdir ki, Gürcüstanda demokratiya var. Müxalifət partiyası da seçkidə ciddi rəqib sayıla bilər. Burda əhali öz iradəsini bildirə bilər. Hər zaman olduğu kimi azərbaycanlılar hökumət tərəfdarı olublar. Şevardnadze hakimiyyətdə olanda ona, Saakaşvili hakimiyyətdə olanda ona, indi də əminəm ki, əksəriyyəti "Gürcü Arzusu" partiyasına səs verib".

Politoloqun sözlərinə görə, Azərbaycan Gürcüstan münasibətləri qarşılıqlı mənfəət əsasında möhkəm əlaqələrdir: "Kimliyindən asılı olmayaraq hakimiyyətdə olan insanların bizim hökümətə əlaqəsi yaxşı olur. Gürcüstanın iqtisadi, siyasi və geosiyasi vəziyyəti elədir ki, o Türkiyə və Azərbaycanla dostluq etməyə məhkumdur. Onlar da ağıllı siyasət yürüdərək, dostluq edirlər".

Zərdüşt Əlizadənin sözlərinə görə, seçkilərdə 3 erməni əsilli və 2 azərbaycanlının qalib gəlməsinin heç bir önəmi yoxdur: "Çünki burda etnik mənsubiyyət əhəmiyyət kəsb etmir. Orda əsas gürcü vətəndaşlığıdır. Etnik mənsubiyyətə fikir vermək ibtidai və bəsit düşüncədir. Əsas siyasi mənsubiyyət və şəxsi keyfiyyətlər önəm kəsb edir".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az