Bu gün Xalq artisti, Akademik Milli Dram Teatrının mərhum aktyoru Yaşar Nurinin doğum günüdür. Qaynarinfo.Az xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova 65 illik yubileyində mərhum sənət dostu Yaşar Nuri ilə bağlı fikirlərini yazıb.
Aktrisa onu axtardığını və dəyərini indi anladığını qeyd edib: “Doğru deyiblər, həyat bir pəncərədir. Hər gələn baxıb, keçər. Bu gün 65 yaşın tamam olur. Allah sənə rəhmət eləsin. Əvəzolunmaz sənətkarımız, gözəl insan. Allah ailənizi qorusun... Səndən xəbərsiz səni axtarıram. Bağışla, bu sözləri yazarkən anladım sənin dəyərini, canım mənim”.
Xatırladaq ki, Y.Nuri 2012-ci ilin noyabrında dünyasını dəyişib.
Qaynarinfo.Az