Xəbər lenti

"Beşiktaş"ın erməni futbolçusu İrəvan - Madrid reysində baqajını itirdi - FOTO
İdman13:52 30.03.2016

"Beşiktaş"ın erməni futbolçusu İrəvan - Madrid reysində baqajını itirdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin "Beşiktaş" klubuna məxsus olan, lakin icarə əsasında İspaniyada - "Rayo Valyekano"da çıxış edən erməni yarımmüdafiəçi Araz Özbiliz baqajını itirib. 

Qaynar.info xəbər verir ki, Türkiyədə doğulmuş Ermənistan yığmasının futbolçusu Belarusla yoldaşlıq oyunundan sonra İspaniyaya qayıdarkən baqajını itirib. O, baqajının tapılması üçün şəxsi "İnstaqram" səhifəsində ingilis dilində elan yerləşdirib:

"Martın 26-da mən İrəvandan Madridə Moskvada eniş etməklə qayıtdım. İspaniyaya uçan vaxt mənə dedilər ki, baqajım vaxtında gəlməyib. Madridə çatanda dedilər ki, baqaj vaxtında gəlməyəcək, evimə sabahısı gün gəlib çatacaq. Növbəti gün (Bazar günü) həqiqətən bir sürücü gəldi, ancaq ondakı mənim baqajım deyildi. Ona ispanca dedim ki, bu baqajı hava limanına qaytarsın. Bundan sonra məlumat xidmətinə zəng vurdum və 3 gündür ki, baqajımı gözləyirəm. Hələ də baqajım kiminsə əlindədir, zəhmət olmasa bunu paylaşın və mənə baqajımın tapılmasında kömək edin!! Onun içində çox vacib şəxsi əşyalarım vardı. Bu da baqajımın şəklidir".

Qaynar.info