
Yenicə başa çatmış mövsümdə Bakının "Azəryol" voleybol klubunda çıxış etmiş almaniyalı Mareen Apits ölkəsinin mopo24.de saytının əməkdaşı Şteffen Qrimmə müsahibə verib.
Qaynarinfo.az xəbər verir ki, 29 yaşlı toppaylayıcı Fransada "Kann" və "Azəryol"un şərəfini qoruduqdan 2 il sonra doğulduğu Drezdenə qayıtmasından və Azərbaycanda öz boş vaxtlarını necə keçirməsindən danışıb.
"3 il ardıcıl Drezdendə gümüş medal qazandıqdan sonra 2014-cü ildə nəsə yenilik etmək vaxtı çatmışdı. Mənim Bakı və Kanndan təkliflərim vardı. Həmin il Fransaya getməyə qərar verdim...
Heç kim üçün sirr deyil ki, Azərbaycandan olan təklif sərfəli idi. Ancaq mən onu da bilirdim ki, orda çox avtoritar idarəetmə üslubu var. Qapalı olmaq lazım idi. Biz rus baş məşqçi (Aleksandr Çervyakov - red.) ilə başladıq. Sonra azərbaycanlı yüngül atletika məşqçisi (Ziya Rəcəbov - red.) çalışdırıcımız oldu.
Mən sürpriz şəkildə kapitan təyin olundum və tapşırıqlarımın içərisində axşam vaxtlarında oyundan öncə bütün voleybolçuların telefonlarını yığmaq vardı. Məğlubiyyətdən sonra mən onlardan bəzilərinə qulaq asmalıydım. Çempionatda IV yer böyük iş deyildi. Ancaq klub üçün bu vacib idi, çünki biz CEV Kubokunun yarımfinalına kimi irəlilədik.
Fizioterapevt mənlik deyil. Mən təcili situasiyalar üçün tay massajı istəyirdim. Oyunların əksərinə 50-dən çox adam gəlmirdi. Axşamlar mənim üçün bir qayda olaraq eyni keçirdi. Bəzən hündürmərtəbəli binadakı mənzilim soyuq olurdu. Oktyabrda işim və əyləncəm olsun deyə, qiyabi təhsil almağa başlamışdım.
Xaricdə təcrübə mənim üçün voleybolçu və insan kimi vacib idi. Mən xaricdən daha da güclü biri kimi qayıtdım. İndi mən bilirəm ki, hər bir əcnəbi oyunçu üçün isti evə, qaynar suya və interneti olan evə malik olmaq necə vacibdir. Mən indi şadam ki, evə qayıtmışam, ailəm və dostlarımla birgəyəm, şəxsi yatağımda yata və vanna qəbul edə bilirəm..."
Qaynarinfo.az