Xəbər lenti

"Bir müddətdən sonra dollar yenidən bahalaşacaq" - deputat
Ekonomiks13:04 09.02.2017

"Bir müddətdən sonra dollar yenidən bahalaşacaq" - deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Manata nisbətən dolların ucuzlaşması müvəqqəti prosesdir və ciddi iqtisadi amillərə əsaslanmır. Hələlik Azərbaycan Mərkəzi Bankının manatın möhkəmlənməsinə getməsinin səbəblərini müəyyən etmək çətindir.

Bunu virtualaz.org-a Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Onun fikrincə, çox güman ki, AMB dolları ucuzlaşdırmaqla Amerika valyutasını toplamaq istəyir. Lakin bir müddətdən sonra dollar yenidən bahalaşacaq.

Banklarda dolların alış və satış qiymətləri arasında böyük fəırqi şərh edərək, V.Əhmədov bildirib ki, 4%-lik marjanın aradan qaldırılması düzgün addım idi və həmin marja bazar prinsiplərinə zidd idi. “Lakin lazım gələrsə, AMB dolların alış və satış qiymətlərindəki fərqi tənzimləyə bilər”, - deputat deyib.

“Düşünürəm ki, ölkənin valyuta bazarında qiymətlərin belə tərəddüdləri hələ 5-6 ay davam edəcək və ilin sonunda manat özünün real qiymətini tapacaq”, - Vahid Əhmədov qeyd edib.

Qaynarinfo.Az