Xəbər lenti

"Biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq" - RUSİYA
Siyasət08:54 17.02.2017

"Biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq" - RUSİYA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Xarici İşlər Nazirliyi yeni bəyanatla çıxış edib

Nazirlik düşünür ki, qondarma referendumun keçirilməsini Dağlıq Qarabağ probleminin həll etməyəcək. Mətbuat xidməti bildirib ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli qondarma referendumun keçirilməsindən asılı ola bilməz.

Bəyanatda deyilir: "Biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Onun statusu Minsk prosesi çərçivəsində keçirilən siyasi danışıqlar yolu ilə müəyyənləşdirilməlidir. Düşünürük ki, problemin sülh yolu ilə həlli qondarma referendurumun keçirilməsindən asılı ola bilməz".

Qeyd edək ki, erməni separatçıları fevral ayının 20-ində Dağlıq Qarabağda qondarma konstitusiya referendumu keçirməyə hazırlaşır. Azərbaycanın xarici işlər nazirliyi isə bu qondarma referendumu provakasiya addımı adlandırıb.

Qaynarinfo.Az
Mənbə: Ölkə.Az