
Xəbər verildiyi kimi dünən mətbuatda Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevlə partiyanın sədri Sülhəddin Əkbərin telefon danışığının səs yazısı yayımlanmışdı.
Məlumatda həmçinin qeyd olunurdu ki, hadisə Milli Şuranın sentyabrın 22-də keçirdiyi mitinqin baş tutduğu zaman baş verib. Belə ki, S.Əkbərlə telefon əlaqəsi yaradan R.Quliyev qurumun mitinqi və bir sıra müxalifət liderləri, həmçinin, Cəmil Həsənli haqqında ağır ifadələr işlədib.
Sözügedən hadisədə adı hallanan Sülhəddin Əkbər də “Azadlıq”a açıqlamasında baş verənləri təxribat kimi qiymətləndirib. O Bildirib ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin çıxışlarının effekt verdiyi, AXCP sədri Əli Kərimlinin oğlunun faktiki girov götürüldüyü, Oqtay Gülalıyevin oğlunun bıçaqlandığı bir ərəfədə gündəmi dəyişmək üçün bu cür üsullara əl atırlar. ACP sədrinin sözlərinə görə, yayılan audioyazı montaj olunub və qətiyyən həqiqəti əks etdirmir: