Xəbər lenti

"Bu bazadan içəri keçəndə tüklərim biz-biz olur" - Elxan Abdullayev
İdman10:57 15.09.2016

"Bu bazadan içəri keçəndə tüklərim biz-biz olur" - Elxan Abdullayev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev bu vəzifəyə təyin olunduqdan sonra ilk dəfə danışıb. 

Qaynarinfo.Az onun klubun rəsmi saytına açıqlamasını təqdim edir:

"Bu hər bir azərbaycanlı məşqçi üçün böyük şansdır. Çox şadam ki, mənə belə bir etimad göstəriblər. "Neftçi” mənim üçün xüsusi bir komandadır – atam Ruslan Abdullayev burada futbolçu və məşqçi kimi çıxış edib. İndiyə kimi hər dəfə bu bazanın qapısından içəri keçəndə tüklərim biz-biz olur. "Neftçi” mənim həyatımın, ailəmin bir hissəsidir, komandanı çətin vəziyyətdən çıxarmağa kömək etmək üçün əlimdən gələni edəcəyəm. Əminəm ki, yorulmadan birlikdə çalışsaq, komandanı layiq olduğu mövqeyə qaytararıq”.

Qeyd edək ki, Elxan Abdullayev həm də hazırda əsas millimizdə Robert Prosineçkinin köməkçilərindən biridir.

Qaynarinfo.Az