Xəbər lenti

"Bu, İqbal Ağazdənin nüfuzuna böyük zərbə vurdu" - Keçmiş müavini
Siyasət20:21 06.06.2014

"Bu, İqbal Ağazdənin nüfuzuna böyük zərbə vurdu" - Keçmiş müavini

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bizim istefamızdan sonra elə bir vəziyyət yaranıb ki, "Ümid" Partiyasının sədrini beynəlxalq qurumlar, xaricdən gələn qonaqlar da görüşə dəvət etmirlər".

Bunu araşdırmaçı jurnalist və "Ümid" Partiyasının keçmiş sədr müavini Aynur İmranova partiya ətrafında cərəyan edən son olayları Qaynar.info-ya şərh edərkən deyib.

Aynur İmranova partiya daxilindəki son istefalar barədə ətraflı danışmaq istəməsə də, "Ümid" Partiyasından ayrılan sədr müavini Könül Quliyevanı müdafiə edib: "Partiyanın daxilində islahatlar aparılmasına münasibət bildirmək istəmirəm. Çünki bu, onların daxili işidir. Amma məhz Könül Quliyevanın istefası ilə bağlı danışmaq istəyərdim. Mətbuatda oxudum ki, partiya sədri tərəfindən "üç nəfər gələr, beş nəfər gedər" kimi fikirlər səsləndirilib. Amma hesab edirəm ki, bu, doğru yanaşma deyil. Onu da qeyd edim ki, bu, öncəki istefalarda da səsləndirilmiş fikirlərdir. O ki qaldı Könül Quliyevaya, o, "Ümid" üçün 50 min nəfərdən biri deyildi. Könül xanım, həqiqətən də, iş görən xanım kimi əməyi ilə daha çox əziyyət çəkərək, partiyada öz yerini tutmuşdu. İstefasının səbəbini isə bilmirəm, çünki bununla maraqlanmamışam da".

Aynur İmranova "Ümid" Partiyasının gələcəyini də proqnozlaşdırdı: "Hesab edirəm ki, hazırki sistem dəyişsə, "Ümid" Partiyasının sədri Azərbaycanın siyasi quruculuğunda, seçkilərdə ən fəal iştirak edən şəxslərdən biri olacaq. Qaldı seçkilərdən sonrakı təbrik isə onun nüfuzuna və fəaliyyətinə böyük zərbə vurdu. Amma mən yenə də burada sistemi günahlandırıram. Çünki sistemin müxtəlif dövrlərdə, müxtəlif zamanlarda elədiyi təzyiqlər nəticəsində hazırki siyasi partiyaların fəaliyyəti iflic vəziyyətinə düşüb. Elə buna görə də, insanlar zaman-zaman müəyyən repressiyalarla üz-üzə qalmasınlar deyə, özlərini, qurduqları təşkilatı və yaxınlarını qorumaq adı ilə müəyyən addımlar atırlar".

İlqar

Qaynar.info