Xəbər lenti

"Bu məsələni gündəmə gətirməyə ehtiyac yoxdur" - Asim Mollazadə
Siyasət12:55 17.01.2014

"Bu məsələni gündəmə gətirməyə ehtiyac yoxdur" - Asim Mollazadə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Milli Məclisdə deputatların sayının artırılması məsələsini gündəmə gətirmək tezdir"

Bunu Qaynar.info-ya Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının təklifinə münasibət bildirərkən deyib.

A.Mollazadə bildirib ki, əhalinin sayının artması parlamentdə təmsilçilik prinsipini pozmur: "Mövcud olan təmsilçilərlə Milli Məclis öz işini normal həyata keçirir. O cümlədən mən düşünürəm ki, Milli Məclisin təmsilçilərinin sayının genişləndirilməsi məsələsini gündəmə gətirmək tezdir".

Xatırladaq ki, Fəzail Ağamalı deputatların sayının artırılması əhali sayının çox olması və demoqrafik vəziyyətin yüksək olması ilə əlaqələndirib: “Seçicilərin sayının artmasının deputat yerlərinin sayının da artırılmasına şərait yaradır. Hələ biz bu məsələni irəli sürmüşük. Mən Parlamentdə yaxın zamanda bu məsələni irəli sürmək fikrindəyəm. Amma bu məsələ Milli Məclis rəhbərliyinin iradəsindən asılıdır”. 

Elkin Xəlilov

Qaynar.info