Xəbər lenti

"Bu şəhərdə"nin Cosqunu əməliyyatdan sonra - FOTO
Maqazin07:07 16.09.2016

"Bu şəhərdə"nin Cosqunu əməliyyatdan sonra - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir müddət əvvəl üçüncü dəfə əməliyyat olunan əməkdar artist Coşqun Rəhimov yeni konsertin məşqlərinə başlayıb. 
Axşam.az-ın məlumatına görə, ötən həftə xəstəxanadan çıxan aktyor özünü yaxşı hiss edir. 
“Bu şəhərdə” komandasının ssenaristi Müşviq Abbasov “Hər şey əladır. Coşqun artıq ayaqüstədir. Rafaellə birlikdə konsertin məşqlərini edirlər” deyə, bildirib.
Qeyd edək ki, C.Rəhimov uzun müddətdir qalxanabənzər vəzin xərçəngi xəstəliyindən əziyyət çəkir. Bir neçə gün əvvəl o, üçüncü dəfə əməliyyat olunub.
"Bu şəhərdə"nin "2 Canlı" adlı növbəti konserti noyabrın 4-dən 8-nə kimi Heydər Əliyev Sarayında baş tutacaq.
Qaynarinfo.Az