
Krım Tatar Məclisini ləğv etmək, buradakı tatar xalqına qarşı müharibə elan etmək anlamına gəlir.
Bu sözləri Krım tatarlarının lideri Mustafa Abdülcəmil Krımoğlu deyib.
“Bizi terrorçu elan edərək Krımın tatar xalqı tərəfindən seçilən hökumət orqanı - Krım Tatar Məclisini ləğv etdilər. Bu addım bizə qarşı müharibə elan etmək anlamına gəlir. Sözügedən qərar həmçinin Krım tatarlarını qadağan etmək mənasını da daşıyır”, - Krımoğlu vurğulayıb. (axar.az)
Qaynar.info