Xəbər lenti

"Bu vəziyyət təəssüf yaradır" -Rəsul Quliyev
Siyasət06:13 09.07.2013

"Bu vəziyyət təəssüf yaradır" -Rəsul Quliyev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Prezident seçkisinə 3 ay qalsa da, Azərbaycanda ağlasığmaz sükunət hökm sürür”.

Modern.az saytının xəbərinə görə, bu sözləri Milli Məclisin keçmiş sədri Rəsul Quliyev Azərbaycandakı ictimai-siyasi vəziyyətlə bağlı danışarkən bildirib. Eks-spikerin sözlərinə görə, ətraf ölkələrdə aparılmış seçki kampaniyalarını xatırlasaq, müqayisəedilməz sükutun şahidi oluruq.

“Bir-iki il əvvəl Rusiyada, Moldovada, Belorusda keçirilmiş seçkiləri xatırlayın. Azərbaycanda prezident seçkisinin keçiriləcəyindən xalqın xəbəri yoxdur. Vizual olaraq bu, belə görünür. Bu vəziyyət təəssüf yaradır”-deyə R.Quliyev vurğulayıb.

Qonşu İranla müqayisə aparan R.Quliyev bildirib ki, orada belə seçkilrədə bu cür sukut müşhaidə edilməyib. “İranda əsl prezident seçkiləri keçirildi”.

Eks-spiker prosesi təhlil edərək bildirib ki, “avtortar sistemlərdə hadisələr qəfildən və qısa müdətdə cərəyan edir”.

Qaynar.info