Xəbər lenti

"Bu yanaşma ilə biz 10 topdan aşağı uduzmayacağıq" - Millimizin üzvü
İdman10:13 13.01.2017

"Bu yanaşma ilə biz 10 topdan aşağı uduzmayacağıq" - Millimizin üzvü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sport FM"də hər həftə efirə gedən “Futsal time” verilişində yığmamızın baş məşqçisinin postunu tərk etdiyi məlum olub. 

Qaynarinfo.Az xəbər verir ki, verilişə qatılan çimərlik futbolu üzrə yığmamızın aparıcı üzvlərindən olan Renat Sultanov baş məşqçi Zeynal Zeynalovun istefa verdiyini açıqlayıb (20-сi dəqiqədən etibarən baxa bilərsiniz - red.). Lakin "Sumqayıt" klubunun meneceri Ceyhun Sultanovun qardaşı olan Renat konkret bunun səbəblərini açıqlamaq istəməyib. O həmçinin bildirib ki, bir neçə ay sonra A divizionunda qalmaq uğrunda oyunlar başlayacaq, lakin onların baş məşqçiləri hələ də bilinmir, heç bir hazırlıq keçilmir.

Qeyd edək ki, bu postda may ayında portuqaliyalı mütəxəssis Joze Miqel Mateuşu əvəz edən Zeynal Zeynalov tariximizdə ilk dəfə millimizi Avropa Liqasının super final mərhələsində A divizionuna yüksəltmişdi.

Qaynarinfo.Az